Sabah çimərliklərdə külək əsəcək

Sabah çimərliklərdə külək əsəcək
Cəmiyyət 28 İyul 2026 - 13:39

İyulun 29-da Abşeron yarımadasının çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Zekainfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti olacaq.

reklamlar

Digər xəbərlər