"Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər" - Prezident

"Əminəm ki, gələn qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər" - Prezident
Siyasət 13 İyul 2026 - 10:05

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb.

Zekainfo.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından ibarətdir ki, dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi.

Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.

reklamlar

Digər xəbərlər