Şəkidə 5 nəfəri it dişlədi

Şəkidə 5 nəfəri it dişlədi
Cəmiyyət 03 İyul 2026 - 13:37

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

Zekainfo.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

reklamlar

Digər xəbərlər