2 yaşlı körpə pnevmoniyadan öldü

2 yaşlı körpə pnevmoniyadan öldü
Hadisə 02 İyul 2026 - 12:40

Gəncədə 2 yaşlı qız uşağı vəfat edib.

TƏBİB-dən Zekainfo.az-a verilən məlumata görə, iyunun 30-da saat 11:30 radələrində 2024-cü il təvəllüdlü şəxs (qadın)  Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bildirilib ki, serebral iflicdən əziyyət çəkən uşağın həyatını xilas etmək üçün reanimasiya tədbirləri görülsə də, o, törədicisi müəyyən olunmamış pnevmoniya və ağciyər-ürək çatışmazlığı səbəbindən iyulun 1-də vəfat edib.

reklamlar

Digər xəbərlər