Cəmiyyət
12:38, Bugün
Elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının bir platformada bir araya gələrək fikir mübadiləsi aparması hər bir araşdırmaçı üçün mühüm əhəmiyyət daşıyır. Mənim də elmi fəaliyyətimin beynəlxalq səviyyədə qiymətləndirilməsi və növbəti uğurla yadda qalması böyük qürur hissi doğurur.
Böyük məmnunluq hissi ilə bildirirəm ki, Buxara İnnovasiya Universiteti və “Science and Innovation” Beynəlxalq Elmi Jurnalı tərəfindən 29–30 may 2026-cı il tarixlərində keçirilən “Təcrübədə innovativ yanaşmalar və pedaqoji nəzəriyyə: Təhsilin keyfiyyətinin yüksəldilməsi perspektivləri” adlı Beynəlxalq Elmi-Praktik Konfransda iştirakım yüksək qiymətləndirilmiş və mənə xüsusi sertifikat təqdim edilmişdir.
Bu dəyərli sertifikat mənim üçün təkcə bir təltif deyil, həm də elmi fəaliyyətimə göstərilən etimadın, beynəlxalq akademik əməkdaşlığın və araşdırmalarıma verilən qiymətin bariz ifadəsidir. Belə mötəbər elmi platformalarda iştirak etmək yeni elmi əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və gələcək tədqiqatların daha da inkişaf etdirilməsinə mühüm töhfə verir.

Bu münasibətlə Buxara İnnovasiya Universitetinin rəhbərliyinə, “Science and Innovation” Beynəlxalq Elmi Jurnalının redaksiya heyətinə, konfransın təşkilat komitəsinə, eləcə də tədbirin ərsəyə gəlməsində əməyi olan bütün alim və təşkilatçılara səmimi təşəkkürümü bildirirəm. Onların elmə, təhsilə və beynəlxalq elmi əməkdaşlığın inkişafına verdikləri dəyər yüksək ehtirama layiqdir.
İnanıram ki, bu cür beynəlxalq elmi platformalar gələcəkdə də elm adamları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, innovativ yanaşmaların geniş tətbiqinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verməyə davam edəcək.