Cəmiyyət
13:24, Bugün
Füzuli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.
Zekainfo.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ə.Həziyev 1973-cü il martın 29-da Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi istiqamətində itkin düşüb.
Z.Sadıqov 1973-cü il noyabrın 2-də Füzulinin İşıqlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də rayonun Cuvarlı kəndi istiqamətində itkin düşüb.