Fidel Kastronun qardaşına qarşı ittiham irəli sürməyə hazırlaşırlar

Fidel Kastronun qardaşına qarşı ittiham irəli sürməyə hazırlaşırlar
Dünya 15 May 2026 - 09:51

ABŞ Kuba inqilabının lideri Fidel Kastronun qardaşı, general Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır. 

Zekainfo.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ-nin Ədliyyə Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb. 

94 yaşlı Kastroya qarşı mümkün ittihamların irəli sürülməsinin vaxtı hələlik məlum deyil. Bunun üçün departament andlıların dəstəyini almalıdır.

İttihamların 1996-cı ildə baş vermiş hadisə ilə bağlı ola biləcəyi güman edilir. Belə ki, həmin vaxt Kuba hərbi hava qüvvələri Mayamidə yerləşən “Qardaşlar köməyə gəlir” adlı mühacir təşkilatının iki təyyarəsini vurub. Bu ilin əvvəlində isə ABŞ-nin Floridа ştatının prokurorluğu bu işin istintaqını yenidən bərpa edib.

Qeyd edək ki, daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffnin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti gözlənilməz şəkildə Havanaya səfər edib. Burada o, həmçinin Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə görüşüb.

reklamlar

Digər xəbərlər