"General Hospital"da araşdırma başladı

"General Hospital"da araşdırma başladı
Gündəm 13 May 2026 - 12:38

Ötən gün  "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlanmışdı. 

Zekainfo.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:

"Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb", - cavabda qeyd olunub.

reklamlar

Digər xəbərlər