Rusiyadan Ermənistana ilk dəfə alüminium göndəriləcək

Rusiyadan Ermənistana ilk dəfə alüminium göndəriləcək
Gündəm 06 May 2026 - 18:00

Sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Zekainfo.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.

reklamlar

Digər xəbərlər