Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur

Bakıda bu marşrut nağdsız ödənişə keçir - Gediş haqqı 70 qəpik olur
Cəmiyyət 23 Aprel 2026 - 21:11

Aprelin 25-dən Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçəcək. Zekainfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, marşrut üzrə ekoloji cəhətdən təmiz CNG texnologiyasına malik 12 avtobus fəaliyyət göstərir, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirir. Avtobuslar arası interval 10 dəqiqə, gediş haqqı 0,7 manatdır.

reklamlar

Digər xəbərlər