Xəbər
13:03, Bugün
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Zekainfo.az-a bildirilib ki, bu səbəbdən prospektdən “Koroğlu” meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
Oxunub: 362