Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.
Zekainfo.az xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
O, əmək fəaliyyətinə "Lider TV"də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, "GünAz" TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.
Xatırladaq ki, o, Azərbaycan Televiziyasında ("AzTV") "Telesəhər" verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Xəbər
01 Aprel 2026 - 10:33
Digər xəbərlər
Xəbər
08:33, Bugün
Xəbər
23:59, 02 Aprel 2026
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Xəbər
22:00, 02 Aprel 2026
Vüsal Aslanov yeni şöbə müdiri təyin edib - FOTO
Xəbər
21:38, 02 Aprel 2026
Yeni sədr rəisi işdən azad etdi
Xəbər
20:47, 02 Aprel 2026
Köhnə model iPhone işlədənlər üçün VACİB XƏBƏR
Xəbər
19:00, 02 Aprel 2026