"Seriallar kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır" - Siyavuş Novruzov

"Seriallar kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır" - Siyavuş Novruzov
Siyasət 27 Fevral 2026 - 13:10

"Azərbaycan televiziyalarında xəbərlər proqramı bitdikdən sonra seriallar yayımlanır. Bu serialların nə tarixi şəxsiyyətlərimizə, nə Azərbaycan yazıçı və şairlərinin yazdığı əsərlərə həsr olunmayıb. Kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır".

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Bu serialların gənc nəslin tərbiyəsində rolu nədən ibarətdir? Baxırsan ki, həmin seriallarda dövlət orqanlarının nümayəndələri haqqında bu və ya digər formada düzgün olmayan informasiya gedir. Bu gün ölkəmizdə bədii yaradıcılıq üçün geniş meydan, əminamanlıq və sülh var. Müharibədə qalib gəlmiş tərəfik. Ağlaşmadan qələbəni təbliğ edən seriallara, filmlərə keçməliyik. Bizim əsgərlərin qəhrəmanlığını təbliğ edən seriallar çəkməliyik. Türmədən çıxan kiminsə danışdığı həyat hekayəsinin seriallarının qurbanı olmalı deyilik. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirilməlidir".

reklamlar

Digər xəbərlər