Pakistan açıq müharibəyə başladığını elan etdi

Pakistan açıq müharibəyə başladığını elan etdi
Dünya 27 Fevral 2026 - 09:15

Pakistan gecə ərzində Əfqanıstanın əsas şəhərlərində "Taliban" hökumətinin hədəflərini bombalayıb. 

Zekainfo.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif münaqişəni açıq müharibə adlandırıb.

Pakistan təhlükəsizlik mənbələri bildirib ki, zərbələr sərhəd boyunca bir neçə ərazidə "Taliban" mövqelərinə, qərargahlarına və sursat anbarlarına qarşı hava və quru əməliyyatlarını əhatə edib.

"Səbrimiz tükənib. İndi bizimlə sizin (Əfqanıstan) arasında açıq müharibə gedir", - deyə nazir qeyd edib. 

reklamlar

Digər xəbərlər