Dünya
11:00, 18 Fevral 2026
“Ukrayna NATO-ya qoşulmaq üçün lazım olan hər şeyi edib. Lakin son qərarı Alyansa üzv ölkələr verəcək”.
Zekainfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, ABŞ-nin nə əvvəlki administrasiyasının, nə də indiki administrasiyasının Ukraynanı NATO-da görmədiyini vurğulayaraq bildirib ki, bu, gələcəkdə bunun baş verməyəcəyi anlamına gəlmir.
"Qərar vermək bizdən asılı deyil. Biz artıq etməli olduğumuzu etmişik. Biz artıq NATO-ya qoşulmağa və bütün müttəfiqlərimizi gücləndirməyə hazır olduğumuzu demişik. Başqa nə edə bilərik? Heç nə. İndi top tərəfdaşlarımızın; NATO ölkələrinin meydançasındadır", - Zelenski əlavə edib.