Qumar oynayan 33 yaşlı şəxs cərimə edildi

Qumar oynayan 33 yaşlı şəxs cərimə edildi
Cəmiyyət 12 Fevral 2026 - 12:10

Bakının Nərimanov rayonunda onlayn qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb olunub.

Zekainfo.az xəbər verir ki, Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Ayaz Nəbiyev (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “Melbet” online qumar saytına daxil olub və kazino oyunu oynayıb.

İş üzrə izahat verən Nəbiyevin sözlərinə görə, qumar oyunları barədə reklam qarşısına çıxıb və pula ehtiyacı olduğu üçün bu onun diqqətini çəkib, “Melbet” saytına daxil olaraq qeydiyyatdan keçib: “Maddi ehtiyacım olduğu üçün oynadım. Sonuncu dəfə 22 noyabr 2025-ci ildə Nərimanov rayonu ərazisində, “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında olarkən “Melbet” online qumar saytına daxil olaraq kazino oyunu oynamışam. Qumar oyunlarına 100-150 manat pul qoymuşam. Lakin heç bir gəlir əldə etməmişəm.

Nəbiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 min manat cərimə edilib.

reklamlar

Digər xəbərlər