Fidan pakistanlı həmkarı ilə regional prosesləri müzakirə edib

Fidan pakistanlı həmkarı ilə regional prosesləri müzakirə edib
Dünya 11 Fevral 2026 - 10:35

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Zekainfo.az Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı regional və beynəlxalq müstəvidə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər hər iki ölkəni maraqlandıran qarşılıqlı məsələləri müzakirə edərək, gələcək fəaliyyətlərində yaxın koordinasiya daxilində qalmaq barədə razılığa gəliblər.

reklamlar

Digər xəbərlər