Dünya
10:59, Bugün
2006-cı ilin fevral
ayında Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasına etiraz olaraq
Yaxın Şərqdəki Danimarka və Norveç səfirliklərinə hücum edildi. Bu, dəyərlərin
toqquşması kontekstində yüksək dərəcədə ictimailəşdirilmiş terror hücumlarına və
özünüsenzura ilə bağlı müzakirələrə başlanğıc idi.
Məhəmməd peyğəmbərin
karikaturalarının əvvəlcə Danimarkanın "Jyllands-Posten" qəzetində,
daha sonra isə bir neçə Avropa qəzetində dərc olunması ilə bağlı qalmaqal
2006-cı ilin fevral ayında qlobal siyasi böhrana çevrildi. Bu karikaturalar
arasında İslamın banisinin çalmasında bomba ilə təsvir olunduğu karikatura
dünya müsəlmanları arasında ən şiddətli qəzəbə səbəb oldu.