Tokayev sabah Pakistana səfər edəcək

Tokayev sabah Pakistana səfər edəcək
Dünya 02 Fevral 2026 - 09:37

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.

Zekainfo.az xəbər verir ki, səfər 3-4 fevral tarixlərində baş tutacaq.

"Akorda"nın mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə prezidenti Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Tokayevin Qazaxıstan-Pakistan biznes forumunun işində iştirakı da gözlənilir.

reklamlar

Digər xəbərlər