İki ay əvvəl işdən çıxan DSX-nin polkovnik-leytenantı saxlanıldı

İki ay əvvəl işdən çıxan DSX-nin polkovnik-leytenantı saxlanıldı
Gündəm 06 Yanvar 2026 - 16:43

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

Zekainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant 2 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.

reklamlar

Digər xəbərlər