Gələn ildən pensiya yaşı artırılır

Gələn ildən pensiya yaşı artırılır
Cəmiyyət 19 Dekabr 2025 - 10:25

Gələn ildən qadınların pensiya yaşı artırılır.
 
Zekainfo.az 
 “mətbuat.az”a istinadla xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılacaq.

Qanunvericiliyə əsasən, həmin tarixdən qadınların pensiya yaşı 64 il 6 aydan 65 yaşa qaldırılacaq.

Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq.
 
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılıb.

reklamlar

Digər xəbərlər