Neymar "Santos"la yeni müqavilə imzalayacaq

Neymar "Santos"la yeni müqavilə imzalayacaq
İdman 17 Dekabr 2025 - 12:39

Braziliyanın "Santos" komandası hücumçusu Neymarla yeni müqavilə barədə danışıqlara başlayıb.

Zekainfo.az  ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə razılıq əldə edib.

Braziliya təmsilçisi oyunçunu 6 aylıq sözləşmə ilə 2026-cı il dünya çempionatına qədər komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi bu ilin sonunda başa çatacaq.

reklamlar

Digər xəbərlər