"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov

"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
Siyasət 08 Dekabr 2025 - 13:02

"Bu günə qədər Audiovizual Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşsını tam alıb. Televiziyalarda və radiolarda çox nadir hallarda hansısa əcnəbi söz reklam çarxında istifadə olunsun. Əvəllər belə deyildi. Bir neçə il əvvəl tez-tez görürdük ki, reklam çarxlarında əcnəbi sözlərindən istifadə olunur. Verilişlərdən fərqli olaraq reklam çarxları elə məhsuldur ki, insan bunu gün ərzində bir neçə dəfə görür".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.

Şura sədri bildirib ki, verilişlərdə və proqramlarda vəziyyət qənaətbəxş deyil: "Bunun obyektiv və subyektiv səbəbləri var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün televiziya və radio məkanında 800 saatlıq məhsul efirə verilir. Şuranın monitorinq şöbəsində cəmi 6 nəfər çalışır. Fiziki olaraq 6 nəfərin 15 televiziya və 20 radionun monitorinqi izləməsi, qeyd etməsi çətindir. Süni intellektdən istifadəyə qərar verdik. Bir şirkətlə danışdıq, soft hazırlandı. Haızrda o soft test rejimində işləyir. Demək olar, 40-a yaxın ən tez istifadə olunan əcnəbi sözü proqrama daxil etdik. Noyabrın ilk iki həftəsini kanallarımızı monitorinq etdik. Hardasa 3000 dəfəyə yaxın əcnəbi sözlər aparıcılar tərəfindən istifadə olunmuşdu. Məsələn, okey sözü 104 dəfə işlənmişdi. Biz bu sözləri toplayaraq yanvar ayından başlayaraq kanallara və rediolara göndərəcəyik. Orada göstərəcəyik ki, sizin filan aparıcı bu verilişdə əcnəbi sözdən istifadə etdi. Aparıcılar özləri nəticə çıxarmalıdırlar. Üç aydan sonra Audiovizual Şura "Dil haqqında" qanundan irəli gələrək müəyyən tədbirlər görəcək. Qanunda nəzərdə tutulmuş cərimələr də var. Bu, 500 manatdan 1000 manata qədərdir. Biz istəmirik mediamızı cərimə edək və s. Maddi baxımdan vəziyyət kifayət qədər çətindir. Lakin etməliyik, başqa çıxış yolumuz yoxdur".

reklamlar

Digər xəbərlər