""Qarabağ"ın əks-hücumları zamanı ehtiyatlı olmaq lazımdır" - "Napoli"nin sabiq hücumçusu

""Qarabağ"ın əks-hücumları zamanı ehtiyatlı olmaq lazımdır" - "Napoli"nin sabiq hücumçusu
İdman 25 Noyabr 2025 - 17:13

“Napoli” “Qarabağ”a qarşı matçda diqqətli olmalı və mütləq 3 xal qazanmalıdır.

Zekainfo.az xəbər verir ki, bu sözləri İtaliyanın “Napoli” klubunun sabiq futbolçusu Stefan Şvox UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Qarabağ”la keçiriləcək matç barədə danışarkən deyib.

İtaliyalı keçmiş hücumçu Ağdam təmsilçisinin sürətli hücumlarının təhlükəli olduğu vurğulayıb: “Qarabağ”ın əks-hücumları zamanı ehtiyatlı olmaq lazımdır. Çünki onlar bu epizodlarda təhlükəli ola bilərlər. Əsas məsələ qol buraxmamaqdır”.

O, “Napoli”nin aparıcı futbolçusu Skott MakTomineylə bağlı da fikirlərini bölüşüb: “Qarabağ”la qarşılaşmada onu müdafiəmeyilli oynatmaq olmaz. Nəzərə alaq ki, “Mançester Yunayted”də də bu mövqedə çıxış edəndə, adətən ehtiyatda qalırdı. Mənə görə, o, dünya səviyyəli futbolçu deyil”.

Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

reklamlar

Digər xəbərlər