Kamran Əliyev: Strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır

Kamran Əliyev: Strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır
Xəbər 22 Sentyabr 2025 - 10:55

Yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Zekainfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir".

reklamlar

Digər xəbərlər