
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi erməni lobbisinin təsiri ilə hazırlanan qanun layihələrinə düzəlişləri rədd edib.
Zekainfo.az xəbər verir ki, düzəlişlər Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində hazırlanıb.
Hər iki layihə erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanıb.
Birinci düzəliş ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi.
Layihələrin rədd edilməsi erməni diasporu və erməni lobbisi üçün ağır məğlubiyyət hesab edilir.