Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Parlamentin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Siyasət 05 Sentyabr 2025 - 12:27

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Bu barədə Zekainfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.

    reklamlar

    Digər xəbərlər