Naxçıvan-Bakı avtobus reyslərinin sayı artırılıb

Naxçıvan-Bakı avtobus reyslərinin sayı artırılıb
Cəmiyyət 25 Avqust 2025 - 12:30

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan–Bakı–Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Zekainfo.az xəbər verir ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.

Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə “biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.

reklamlar

Digər xəbərlər