Şəmkirdə mikroavtobus yük maşınına çırpıldı - 7 nəfər öldü - YENİLƏNİB

Şəmkirdə mikroavtobus yük maşınına çırpıldı - 7 nəfər öldü - YENİLƏNİB
Hadisə 07 Avqust 2025 - 08:57

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması zamanı yaralananların kimlikləri məlum olub.

Zekainfo.az-ın məlumatına görə, xəsarət alanlar "Mercedes Sprinter"insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır.

Yaralılardan K.Məmmədovun vəiyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb. 

Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki Bakıdan-Qazax gedən "Mercedes Sprinter" markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ölüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir.

Məlumata görə, ölənlərin əksətiyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib.

 

***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Zekainfo.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobus yük maşına çırpılıb. Qəza zamanı 7 nəfər ölüb.

Ağır yaralılar da var. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib/Unikal

reklamlar

Digər xəbərlər