Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı

Şüvəlanda dənizdə batan uşağın meyiti tapıldı
Hadisə 18 İyul 2025 - 09:18

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.

Zekaifno.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

reklamlar

Digər xəbərlər