Roblox-da yeniyetmələr də ICE basqınlarına və Donald Trump-a etiraz edirlər (və bəzən çirkin olur)

Roblox-da yeniyetmələr də ICE basqınlarına və Donald Trump-a etiraz edirlər (və bəzən çirkin olur)
Dünya 23 İyun 2025 - 08:54


 

 

Meksika bayraqları, barrikadaları və yanğınları ilə Roblox da polisə qarşı çıxdı və yuxarıdakı videomuzda gördüyünüz kimi, bu, çox real idi. İyunun əvvəlindən Donald Trampın sənədsiz mühacirlərə qarşı repressiyaları Los-Ancelesdə böyük etirazlara səbəb olub.

 

Hərbi pilotsuz təyyarələr, ordunun yerləşdirilməsi və kütləvi həbslər—hökumətin zorakılığı amerikalıları real həyatda, həm də internetdə şoka salıb.

 

Çünki bəli, etiraz etməyə icazə verilməyən yeniyetmələr özlərini onlayn video oyun platforması Roblox-da ifadə etmək qərarına gəliblər. Yeri gəlmişkən, bu, ilk dəfə deyil: 2020-ci ildə oyunçular Corc Floydun qətlinə etiraz etdilər, 2023-cü ildə isə Fələstini dəstəklədilər.

 

Tərcümə edəni Səfər Şakiroğlu/Zekainfo.az 

reklamlar

Digər xəbərlər