
İran iddia edir ki, ABŞ-ın hücumuna məruz qalan ərazilərdə indiyədək
heç bir radioaktiv sızma aşkar edilməyib. Cümə günü, ABŞ-ın müdaxiləsindən əvvəl
baş direktor Rafael Qrossi radioaktiv buraxılışın İranda əhali üçün təhlükə
yarada biləcəyini bildirmişdi.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ-ın İrandakı bir neçə
nüvə obyektinə gecə saatlarında endirdiyi zərbələrdən sonra İdarə Heyətinin təcili
iclasını çağırıb.
Görüş bazar ertəsi Vyanada keçiriləcək.
Agentliyin baş direktoru Rafael Qrossi Avropa İttifaqı xarici işlər
nazirlərinin görüşündə iştirak etməli olduğu Brüsselə planlaşdırılan səfərini ləğv
edib. O, vəziyyəti idarə etmək üçün təşkilatın Vyanadakı qərargahında qaldı.
Tərcümə edəni Səfər Şakiroğlu/Zekainfo.az