İsrail ordusu Qəzzada üç girovun cəsədini çıxararaq ailələrinə təhvil verib

İsrail ordusu Qəzzada üç girovun cəsədini çıxararaq ailələrinə təhvil verib
Dünya 23 İyun 2025 - 08:52


 

 

Oktyabrın 7-də oğurlanan üç israilli girov Yonatan Samerano, Ofra Keydar və Şai Levinsonun cəsədləri Qəzzada tapılıb. Birinin UNRWA əməkdaşı tərəfindən tutulduğu bildirilir.

 

İDF əsgərləri Qəzza zolağında üç girovun qalıqlarını çıxararaq ailələrinə qaytarıblar: Yonatan Samerano, Ofra Keydar və çavuş Şai Levinson.

 

Ordu və Baş Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat bu gün axşam saatlarında baş tutub. Məhkəmə Tibb İnstitutunda meyitlərin tanınmasından sonra əməliyyatın nəticələri barədə ailələrə məlumat verilib.

 

21 yaşlı Yonatan Həmas İsrailə hücum edən zaman qərbi Negevdə Nova festivalında iştirak edirdi. O, iki dostu ilə Kibbutz Beeriyə qaçmağı bacardı, lakin terrorçular artıq orada idilər. Həmas yaraqlıları üç israillini öldürərək cəsədlərini Qəzza zolağına aparıblar.

 

 

Tərcümə edəni Habil Sönməz/Zekainfo.az 

reklamlar

Digər xəbərlər