
Dünya
18:13, 25 İyun 2025
Ekspert Jacob Kirkegaard Euronews-a deyib ki, zərbələrə baxmayaraq,
İran hələ də nüvə silahı istehsal edə bilər. O, həmçinin iddia edir ki, bir neçə
Avropa ölkəsi Rusiyanı zəiflədən əməliyyata sakitcə dəstək verir.
Bruegel analitik mərkəzinin xarici siyasət üzrə eksperti Ceykob
Kirkeqaard Euronews telekanalına müsahibəsində “Yalnız rejim dəyişikliyi İranın
nüvə təhlükəsini aradan qaldıracaq, baxmayaraq ki, “Gecəyarısı çəkic” əməliyyatı
uğurlu olub və Donald Trampı ölkə daxilində gücləndirəcək”.
Onun fikrincə, ABŞ-ın zərbələri paradoksal olaraq dünyanı sakitləşdirməyə
yaxınlaşdıra bilər, çünki İranın qisas almaq üçün hərbi imkanları çox məhduddur.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az