100 YAŞA! SAĞLAM YAŞA!

100 YAŞA! SAĞLAM YAŞA!
Cəmiyyət 18 İyun 2025 - 13:21
TƏBRİK EDİRİK, TOFİQ NƏSİBOĞLU!
56-ci AD GÜNÜN MÜBARƏK, ƏMİOĞLU!
100 YAŞA! SAĞLAM YAŞA!
Əziz qardaşımmı deyim, əmioğlummu, o qədər doğmasan ki, ən əziz insan kimi, dost-doğmaca qardaş dəqər! Bu gün xalqımızın və dövlətimizin taleyində 1993-cü ildən bu yana tarixi əlamətdar gündür! Azərbaycanı "xanlıq"lara parçalayıb yenə də imperiyaların ağzına atmaq istəyənlərin qaçıb gizləndiyi 15 iyun -Milli Qurtuluş Günüdür!
Qardaş, bu gün həm də sənin doğum günündü - dünyaya gəldiyin, mərhum anan Çüçək xalanın(Allah yerini cənnət eləsin, ruhunu da şad), bu gün də arxanda dağ kimi hiss elədiyin atan Nəsib dayının və balalarının... sevindiyi gündür - Tofiq adlı balası dünyaya gəlib, İlqardan, Cəmilədən sonra. Neçə-neçə səni və ailəni sevənlərin ürəyi, qəlbi səninlədir.
Qardaş, şükür ki, ad günlərini NƏVƏLƏRLƏ qeyd edirsən! Əvvəlcə Günay balamızla Kənanımızın Ümidi ilə Davidi, sonra Çiçək balamızla Pərvizimizin ilk balası İLQARını Tanrı sizə hədiyyə edib (ömür-gün dostun, mənim də qardaşımın qızı saydığım Təranə xanımla). Bundan sonra isə Nuray balamızın ABBAS adlı igidi dünyaya gəlişi ilə sizi-bizi sevindirdi.
Baxın, dövlətdən də dəyərli olan NƏVƏLƏR bizdən öncə sizi təbrik edirlər. Buna min şükürlər olsun! Ad günü tortunu onlarla birgə kəsməyin, Samirlə Elmir qardaşlarının sevincləri qoy sənin həyatında daha uğurlu addımlara rəvac versin!
Yazmağa mən həvəsli olsam da, sənin bunları telefonla oxumağını düşünüb bir kiçik şeir parçası ilə bir daha təbrik edir, səni sevənlərə, qohumlara, qardaş-bacılara, yaxın-uzaq ad gününü yaddan çıxarmayan dostlara gözaydınlığı verirəm, qardaş!
56-ci ad günün mübarək, əzizimiz!
Murovdan, Kəpəzdən sərin meh əsir,
Könlünə, gözünə dolurmu, Tofiq?!
Bakıda istilər nəfəsim kəsir,
O dağlar yadına salırmı, Tofiq?!
Nazını çəkirmi lala, bənövşə,
Əllini ötürdün, düşmə təşvişə.
Boylan dünəninə, bir az keçmişə,
Dağ yeli saçların yolurmu, Tofiq?!
Yaş üstünə gətirmisən yaşı sən,
Bu ad-sanla yüzü vurasan başa sən!
Beşlərini cütləmisən qoşa sən,
Xəyal uşaqlıqda qalırmı, Tofiq?!
Elmir ilə Samir qolun-qanadın!
Daim ucaltsınlar şərəflə adın!
Bal olsun, əmioğlu, ağzında dadın,
Gözəllər qadanı alırmı, Tofiq?!
Yollarımız yenə gediş-gəlişli,
Bulaq üstü qız-gəlinli, gülüşlü,
Dodaqların lilpar ilə öpüşlü,-
Söylə Məhəmmədə, olurmu, Tofiq?!
Can-dildən təbrik edirik, 100 yaşa, sağlamlıq sənin ömrünün ən şirin hədiyyəsi olsun!

Hörmətlə: Nərimanoğlu qardaşları: Məhəmmədlə İbrahim(Kənan Nərimanlı)
zekainfo.az
reklamlar

Digər xəbərlər