
Sözün sehrinə inanıb könüllərə yol tapan,
qələmiylə səmanı işıqlandıran bütün şairlərimizi bu mənalı və ilhamverici gün
münasibətilə səmimi qəlbdən təbrik edirik!
Sizlər duyğulara səslə can verən, sevgini,
vətəni, dərdi və sevinci misralarda əbədiləşdirən ruh adamlarısınız. Hər
kəlməniz bir ümid, hər misranız bir səadət, hər şeiriniz bir məbəd qədər
dəyərlidir.
Bu gün sözün bayramıdır, bu gün ruhun
səsləndiyi gündür. Siz yazdıqca dünya daha gözəl görünür, qaranlıq gecələrə bir
şam, susqun ürəklərə bir haray olursunuz.
Qələminiz heç zaman qurumasın!
İlhamınız dəniz qədər dərin, göy qədər uca
olsun!
Vətəni sevən, xalqını düşünən, insanı anlayan
hər bir şair – bu gün sizin gününüzdür!
Əsərləri ilə nəsillərə yol göstərən
klassiklərimizi hörmətlə anır, bu gün yaşayan və yaradan bütün şairlərimizə
yaradıcılıq uğurları, sağlamlıq və sevgi dolu ilhamlar arzu edirəm.
Şairlər Gününüz mübarək olsun!
05.06.2025
Sakit Malikov/Zekainfo.az