
TERRACE - Fransızın terrasda qəhvə
içməsi, əlində siqaret klişesi qalıcıdır. Xaricdən baxanda baget və beret kimi
dəyişməz görünür. Bununla belə, Fransada müntəzəm siqaret çəkənlərin nisbəti
2024-cü ildə 23% təşkil edib ki, bu da Public Health France-a görə son 15 ilin ən
aşağı göstəricisidir.
Siqaret çəkənlərin sayının azalması ilə bəlkə də siqaret çəkməyə icazə
verilən yerlərdə, xüsusən də siqaretin getdikcə daha az dözümlü göründüyü
terraslarda məhdudiyyətlər gələcək.
YouGov-un Le HuffPost üçün keçirdiyi sorğunun nəticələrinə görə,
sorğuda iştirak edənlərin 68%-i bar və restoran terraslarında ənənəvi siqaretlərin
çəkilməsinin qadağan edilməsini dəstəkləyir.
Onların 61%-i elektron siqaretin əleyhinədir və hər on nəfərdən biri
siqaret tüstüsünə görə artıq terrasda münaqişəyə şəxsən cəlb olunduğunu deyir.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az