
Dünya
20:45, 03 İyun 2025
Noyabrın 28-də baş nazir İrakli Kobaxidze ölkənin Aİ-yə inteqrasiya
prosesini dayandırdıqdan sonra ölkə boyu gecə etirazları başlayıb.
Cənubi Qafqaz ölkəsində hakim Gürcü Arzusu partiyasına və onun
Rusiyayönümlü mövqeyinə qarşı etirazlar davam etdiyi üçün Gürcüstan polisi son
günlər ikinci müxalifət liderini həbs edib.
Qərbyönlü Dəyişiklik Koalisiyasının aparıcı simalarından olan Nika
Melia-nın vəkilləri cümə axşamı onun avtomobilinin polis tərəfindən
saxlandığını bildiriblər.
Tərcümə edəni Habil Sönməz/Zekainfo.az