
15 may 2025-ci il tarixlərində İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Yusibova Gülnar tərəfindən İ.Həsənov adına İsmayıllı rayon 1 saylı tam orta məktəbində şagirdlərə "Heydər Əliyev və Milli ailə dəyərlərimiz" mövzusunda mühazirə keçirilmişdir. Mühazirədə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaratmasından, çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərməsindən bəhs edilmişdir.
Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir".