
133 kardinal seçici çərşənbə günü günortadan sonra Sikstin
kapellasında konklav başlayanda və ilk səsverməni verəndə yeni papanın seçilməsinə
başlayacaqlar.
Kardinallar aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskdən
sonra mümkün yeni pontifi müəyyənləşdirməyə çalışaraq Vatikanda konklav öncəsi
görüşlərini yekunlaşdırıblar.
70 ölkədən olan 133 kardinal seçici əsaslı şəkildə yekdil görünürlər
ki, onların qarşısındakı sual o qədər də Katolik Kilsəsinin ilk Asiya və ya
Afrika papasına sahib olacağı, yoxsa onun mühafizəkar və ya mütərəqqi olacağı
deyil.
Daha doğrusu, deyirlər ki, əsas vəzifə həm keşiş, həm də müəllim ola
biləcək, kilsəni birləşdirə və sülhü təbliğ edə biləcək bir papa tapmaqdır.
Sinqapurun 67 yaşlı arxiyepiskopu kardinal William Seng Chye Goh
"Bizə supermen lazımdır" dedi.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az