
Çərşənbə axşamı Rusiyanın hücumları gücləndiyi üçün
Sumı bölgəsinin sakinləri təxliyəyə başlayıb. Yerli hakimiyyət orqanları son
günlər şəhərdə təhlükəsizlik vəziyyətinin pisləşdiyini bildirir.
Ukraynanın şərqindəki Xarkov şəhəri çərşənbə axşamı
təxminən iki saat ərzində Rusiya pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Şahidlərin bildirdiyinə görə, şəhərdə 20-yə yaxın partlayış baş verib.
Şəhərin meri İqor Terexovun sözlərinə görə,
yanğınlar dörd məhəllədə baş verib, ən böyüklərindən biri Barabashovo
bazarıdır. Hakimiyyət orqanlarının məlumatına görə, orada 90 mağaza dağıdılıb.
Qeyd edək ki, bu, Rusiya işğalı başlayandan bəri bu bazara dördüncü hücumdur.
Şəhərin qərb hissəsində çoxmərtəbəli yaşayış
binasına ziyan dəyib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az