
Dünya
16:49, 08 May 2025
Ukraynalı fəal
və bloger Serhiy Sternenko hücum nəticəsində yaralanıb, o, Telegram-dakı
mesajında bildirib. Ukrayna Təhlükəsizlik Xidməti bunun odlu silahla sui-qəsd
cəhdi olduğunu bildirib. Silahlı hücumu törədən şəxs saxlanılıb.
Ukraynalı fəal
və könüllü, eləcə də olduqca populyar və nüfuzlu YouTube vloqunun müəllifi
Serhii Sternenko Ukrayna Təhlükəsizlik Xidmətinin sui-qəsd cəhdi kimi qiymətləndirdiyi
hücumda yaralanıb.
Telegram
mesajında "Mənə hücum edildi, yaralandım" deyən Sternenko,
həyatının təhlükədə olmadığını və hücum etdiyi iddia edilən şəxsin həbs
edildiyini bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az