
Cəmiyyət
16:47, 08 May 2025
Açıq havada oynamaq, yemək, yatmaq... Yaşıl Lion
şəhəri bu cümə axşamı, aprelin 24-də ilin sonuna qədər Skandinaviya ölkələrində
ümumi olan, lakin Fransada qabaqcıl olan iki açıq uşaq bağçası mərkəzi
açacağını elan etdi.
Yaşıllar Partiyasının meri Qreqori Duce payızda 20
uşağı ictimai parkda qarşılayacaq "100% açıq" icma uşaq baxçasının
tikinti sahəsini təqdim edərkən, uşaqların "sağlamlığı üçün yaxşıdır"
dedi.
Bələdiyyənin məlumatına görə, Fransada ilk olan
eyni tipli bir bələdiyyə uşaq bağçası qısa müddət sonra açılacaq. Emblematik
Tête d'Or parkında yerləşə biləcək üçüncü layihə isə nəzərdən keçirilir.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az