Parlamentdəki mənbələrdən Euronews-a verilən məlumata görə, Komissiya
sədri planlaşdırıldığı kimi çərşənbə günü yeni komandasının formalaşdırılmasını
müzakirə etmək üçün Avropa Parlamentinin (AP) üzvləri ilə görüşməyəcək.
Çərşənbə axşamı üç parlament mənbəsi təsdiqlədi ki, Ursula von der
Leyen yeni komissarlar komandasının və rəhbərlik edəcəkləri siyasət sahələrinin
təqdimatını gələn həftəyə təxirə salıb.
Komissiyanın sədri çərşənbə günü Avropa Parlamentinin siyasi
qruplarının prezidentləri ilə görüşməli idi və növbəti beş il ərzində güclü Aİ
icra hakimiyyətinin işinə rəhbərlik etmək vəzifəsi daşıyan 26 Avropa
komissarından ibarət komandasının toplanmasında irəliləyişləri müzakirə etməli
idi.
O, artıq bu iclasda iştirak etməyəcək və bu, komissarların
"kollec"inin təyin edilməsi prosesinin gözlənildiyindən daha uzun çəkə
biləcəyini göstərir.
Bu gecikmə qismən keçmiş diplomat Marta Kosu təyin edən Sloveniyanın
son dəqiqə dəyişikliyi ilə bağlı olardı. Bu dəyişiklik bazar ertəsi Lyublyana
hökuməti tərəfindən elan edilib, lakin hələ də Sloveniya Parlamenti tərəfindən
ratifikasiya edilməlidir.
Dəyişiklik, xanım fon der Leyen yeni komandasında gender bərabərliyini
təmin etmək səylərinin bir hissəsi olaraq, bir neçə AB hökumətinə kişi təyinatlarını
qadınlarla əvəz etmələri üçün təzyiq etdikdən sonra baş verdi.
Komissiya sözçüsü keçən cümə günü çərşənbə gününə planlaşdırılan
görüşün "yeni kollecin qurulması üzrə davam edən iş" haqqında
"fikir mübadiləsi" üçün nəzərdə tutulduğunu, xanım fon der Leyenin
komandasının yekun strukturunu təklif etməyəcəyini irəli sürdüyünü söylədi.
Xanım Von der Leyenin gələn həftə Strasburqda keçiriləcək Avropa
Parlamentinin plenar iclasında öz komandasını və onların rollarını açıqlayacağı
gözlənilir.
Tərcümə edəni
Səfər Abbasob/zekainfo.az