Estoniyanın Narva sərhəd keçidində turistlər hər gün Rusiyaya axışır və çox vaxt saatlarla gözləyirlər.
Rusiyaya kommersiya
uçuşlarının dayandırılması və Finlandiya sərhəd keçidlərinin bağlanması yüzlərlə
əcnəbini Estoniyadan keçməyə məcbur edib. Rusiyaya işləmək və ya ailəsini ziyarət
etmək üçün gedirlər.
Sərhəddəki Narva şəhərində
uzun saatlar gözləmək onların səyahətlərinin ən yorucu hissəsidir. Hər gün 300-ə
yaxın insan sərhəd postunda növbə çəkir. Onların gözləmə müddəti altı saata qədər
davam edə bilər.
Bu Narva sərhəd-keçid məntəqəsi
ona görə məşhurdur ki, Türkiyə və ya Ermənistan vasitəsilə Rusiyaya səfər ən
azı iki dəfə bahadır.
"Çətindir, hər kəsin ailəsi
var. Hamı gedib-gəlir, ona görə əziyyət çəkməlisən. Amma əslində mən və
İtaliyada təhsil alan bütün dostlarım problemlər üzündən daha az səyahət etməyə
başladıq. Mən Rusiyaya ildə cəmi iki dəfə gedirəm. Bütün ailəm orada." rus
tələbəsi izah edir.
Tallinndən Rusiya sərhədinə
çatmağın ən sürətli yolu qatarladır və çoxları hər gün bu yolu aparır
Bəziləri vaxta qənaət etmək
üçün hətta Tallindən təxminən 200 km yolda yerləşən Narvaya taksiyə minirlər.
Tərcümə
edəni İlyas Qədimov /zekainfo.az