Tehrandakı dəfn mərasimindən
sonra İsmayıl Haniyənin qalıqları cümə günü mühacirətdə yaşadığı Qətərdə dəfn
edilməlidir.
İranda matəm izdihamı İsmayıl
Haniyənin Tehrandan keçərək maşınla daşındığı tabutun ətrafına toplaşıb.
HƏMAS siyasi büro rəhbərinin dəfn
mərasimində minlərlə iştirakçı Fələstin və İran bayraqları dalğalandırıb.
İranın ali dini lideri Ayətullah
Əli Xamenei Tehran Universitetində cənazə namazını İranın yeni prezidenti Məsud
Pezeşkianın yanında qıldırıb.
Tehrandakı bu dəfn mərasimindən
sonra İsmayıl Haniyənin qalıqları cümə günü mühacirətdə yaşadığı Qətərdə dəfn
edilməlidir.
HƏMAS lideri Tehranda qaldığı
iqamətgaha endirilən hava zərbəsi nəticəsində öldürülüb. O, İranın yeni
prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.
Oktyabrın 7-də islamçı qrupun
1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail Haniyəni və digər Həmas
liderlərini öldürməyi öhdəsinə götürmüşdü.
Zərbə İsrailin Livanın
paytaxtı Beyrutda İranın müttəfiqi Hizbullahın yüksək rütbəli komandirini hədəf
almasından bir neçə saat sonra baş verib.
Tərcümə
edəni İlyas Qədimov /zekainfo.az