![Pensiya islahatı və köməkli ölüm, bu mətnlər Məclisə qayıdır, amma qazanılmır...](https://www.zekainfo.az/storage/news/2024/07/26/36jpg_1721986108-thumb.jpg)
İqtisadiyyat
13:28, 26 İyul 2024
2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb.
Zekainfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.
O bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.
"Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub", - deyə M. Cabbarov əlavə edib.