
Dünya
16:49, 08 May 2025
"HƏMAS oktyabrın 7-dən İsrailə 11,5 mindən çox raket atıb, onlardan 2 mini Fələstin anklavının ərazisinə düşüb".
Zekainfo.az TASS-a istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib.
Onun sözlərinə görə, 2 mindən çox buraxılış uğursuz olub: "Bu mərmilərin əksəriyyəti Qəzza zolağına düşüb və əhəmiyyətli dağıntılara səbəb olub".
Eylon Levi bildirib ki, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Ordusunun qoşunları HƏMAS komandirlərinin azı yarısını öldürüb: "Qoşunlarımız aviasiyanın dəstəyi ilə Qəzza zolağı daxilində irəliləməyə davam edir. HƏMAS-ın hərbi imkanları əhəmiyyətli dərəcədə azalıb".