Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü
Cəmiyyət 04 Dekabr 2023 - 17:42

Azərbaycanda son 1 həftə ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Zekainfo.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 4 nəfər ölüb.

reklamlar

Digər xəbərlər