2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq
Cəmiyyət 04 Dekabr 2023 - 10:51

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək.

Zekainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir:

"Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".

reklamlar

Digər xəbərlər